Ekoloji kənd təsərrüfatının əsasları


Kitabın Adı Ekoloji kənd təsərrüfatının əsasları
Müəllif Amin Babayev Amin Babayev, Vüqar Babayev
Nəşriyyat Qanun
Nəşr ili 2011
Səhifə 383
Kateqoriya Davamlı inkişafın idarəedilməsi
Description Dərslikdə müasir dövrdə kənd təsərrüfatının yeni alternativ sistemlərindən biri - Ekoloji Kənd Təsərrüfatının əsasları şərh edilir. Azərbaycan cəmiyyətinə ötən əsrin son illərində bir yenilik kimi daxil olan Ekoloji Kənd Təsərrüfatı Hərəkatı qısa bir zamanda inkişaf etdirilərək, bu istiqamətin son 10 ildə yaradılan elmi-metodiki, tədris-metodiki, hüquqi və informasiya bazası əhalinin müxtəlif təbəqələrinin maarifləndirilməsi və bu sahə üzrə ali təhsil ocaqlarında onun elmi əsaslarının tədris olunması zərurətini meydana çıxarmışdır. Dərslikdə Ekoloji Kənd Təsərrüfatının elmi əsaslarının düzgün dərki və mənimsənilməsi məqsədilə, ilk növbədə, təbiətdən istifadənin ümumi əsaslarının, təbiətdən istifadənin ekoloji və iqtisadi əsaslarının ən vacib prinsipləri şərh olunduqdan sonra ekoloji kənd təsərrüfatının mahiyyəti, bu sahənin tarixi inkişafı, prinsipləri və elmi əsasları məntiqi ardıcıllıqla təqdim edilir. Dərslik ali təhsil məktəblərində “Ekoloji kənd təsərrüfatı”, “Ekologiya”, “Ekologiya mühəndisliyi”, “Torpaqşünaslıq və aqrokimya”, “Aqronomluq”, “Zoomühəndislik”, “Baytarlıq təbabəti”, “Ətraf mühitin mühafizəsi”, “Biologiya” və digər ixtisaslarda təhsil alan tələbələrlə yanaşı, elmi işçilər, müəllimlər və kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.