| Description | Azərbaycanda ali məktəblərin magistratura səviyyəsində yenicə tədris olunmağa başlamış “Siyasi menecment” fənni üzrə yazılan bu ilk eyniadlı dərslik həmin sahəyə aid fundamental nəzəri-metodoloji və tətbiqi-praktiki bilikləri, təcrübədə sınaqdan çıxmış siyasi texnologiyaları tam əhatə edir. Müasir beynəlxalq  və ölkə təhsil  standartlarına cavab verən dərslikdə məntiqi ardıcıllıqla əvvəlcə siyasi menecmentin ümumi məsələləri:tarixi,mahiyyəti, özəllikləri və növləri, siyasi  proseslərin idarə edilməsi, sonra isə onunla birbaşa  bağlı olan və mühüm əhəmiyyət kəsb edən konkret problemlər, o cümlədən siyasi marketinq, ictimai əlaqələr(PR),siyasi reklam, siyasi kampaniyaların  idarə edilməsi, siyasi konsaltinq, siyasi lobbizm problemləri təfərrüatıyla açıqlanır. Siyasi menecment haqqında hərtərəfli təsəvvür yaradan dərsliyin əsas vəzifəsi magistrantların idarəçilik təfəkkürünün formalaşdırılması və təkmilləşdirilməsindən, siyasi menecment prosesində tələb olunan ənənəvi və innovativ bilik, bacarıq və kompetensiyaların aşılanması, eyni zamanda həmin prosesdə bilavasitə iştirak edən  dövlət qulluqçuları və  idarəçilərinin  aktual tələbatlara uyğun hazırlanmasından ibarətdir. |