Description |
Kitab müəllif tərəfindən idarəetmə mədəniyyəti və dövlətçilik mədəniyyəti sahəsində öyrənilən xarici ölkələrin tarixi-nəzəri təcrübəsini oxucuya ötürmək, milli inkişafda hansı texnologiyalar, yanaşmalar və metodların gözlənilən inkişaf nəticələrinə nail olmaqda daha səmərəli ola biləcəyini göstərmək məqsədini daşıyır. Burada müəllif tərəfindən işlənib hazırlanmış “kulturologiya piramidası” universal metodu effektiv milli və qlobal idarəçilikdə istifadə edilə bilər, öz həyat fəaliyyəti və özünüidarə mədəniyyətinin təkmilləşdirilməsində maraqlı olan hər bir insana kömək edə bilər. Kitab tələbələr, müdavimlər və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alan mütəxəssislər, həmçinin müəllimlər, alimlər, siyasətçilər, məmurlar, menecerlər, dövlət müəssisələri, biznes strukturlar, bələdiyyələr və qeyri-hökumət təşkilatları rəhbərləri, respublikanın gənclər, qadınlar və yaradıcı təşkilatlarının liderləri üçün nəzərdə tutulmuşdur. Kulturoloji biliklərin əhəmiyyətli dərəcədə geniş sahəsini nəzərə alaraq o, “mədəni həyat və fəaliyyət kitabı” kimi, orta məktəblər, gimnaziyalar və liseylərin yuxarı sinif şagirdləri, geniş oxucu kütləsi, müxtəlif ölkələrin və xalqların vətəndaşları üçün şəxsiyyətin təkmilləşdirilməsində əldə rəhbər tutula bilər.
|