Description |
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının 12 sentyabr 2022-ci il tarixli (protokol № 01) qərarına əsasən monoqrafiya nəşrə tövsiyə edilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün sürən hərbi əməliyyatlar zamanı düşmən üzərində tarixi zəfər çalaraq torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsindən dərhal sonra işğaldan azad ərazilərimizdə bərpaquruculuq işləri başlandı. Bu zaman bir daha aydın oldu ki, Ermənistan Respublikası Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində şəhər və kəndlərimizi qəsdən dağıdaraq, 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silib. Ermənistan mədəni və dini abidələri talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Hətta Ağdam şəhərini dağıntıların miqyasına görə mütəxəssislər,“Qafqazın Xirosiması” adlandırıblar. Kitab işğaldan azad edilən ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərindən və böyük qaydış prosesindən bəhs edir. Kitabdan hər kəs faydalana bilər.
|