Ümumi məlumat


Elmi Kitabxana Akademiyanın vacib struktur bölmələrindən biridir. Müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin elmi biliklərə yiyələnməsində, onların oxucu maraqlarının genişlənməsində, mütaliəyə həvəsləndirilməsində və elmi yaradıcılığa cəlb edilməsində kitabxana mühüm rol oynayır. 2000-dən çox daimi oxucusu olan kitabxanada “Dövlətçilik”, “Dövlət idarəçiliyi”, “Dövlət qulluğu”, “İqtisadiyyat”, “Hüquq” və s. adlı kartotekalar təşkil edilib. Elmi Kitabxanada dissertasiya, avtoreferat, həmcinin başqa fondlar təşkil edilmişdir. Eyni zamanda, arxiv fondu da oxucuların istifadəsinə verilmişdir. Ümumi fond 50000-dən çoxdur və mütəmadi olaraq artmaqdadır. Kitabxanamızda Azərbaycan, rus, ingilis, ukrayna, fransız və bir neçə xarici dildə kitablar var. Fondumuzda Dövlət İdarəçilik Akademiyasının ixtisaslarına uyğun dərsliklər olmaqla bərabər ictimai-siyasi, bədii ədəbiyyat da mövcuddur. Bundan başqa, kitabxanaya mütəmadi olaraq müxtəlif adda gündəlik qəzetlər, jurnallar, statistik nəşrlər daxil olmaqdadır. 250-dən çox elektron kitablar fonda daxil edilmişdir. Eləcə də oxucular üçün Rusiyanın polpred.com elektron məlumat bazasından sərbəst istifadə etmək imkanı yaradılmışdır.

Kitabxananın 8 əməkdaşı var. Onlar hər gün 100-dən çox oxucuya xidmət göstərirlər